Yunanıstanda 5,9 bal gücündə zəlzələ olub

Yunanıstanda Tessalya ərazisində yerləşən Larisa şəhərinin yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib

1595540
Yunanıstanda 5,9 bal gücündə zəlzələ olub

Afina Rəsədxanası Yer Elmləri İnstitutu yerli vaxtla saat 20:38-də baş verən zəlzələnin episentrinin Larisa şəhərinin şimal-qərbində yerləşən Elassona qəsəbəsi, dərinliyinin isə 10 kilometr olduğunu bildirib. Zəlzələdə insan tələfatı və dağıntı olub-olmadığına dair rəsmi məlumat yayılmayıb.

Yunanistan Zəlzələ Planlaşdırma və Qoruma Agentliyinin rəhbəri Efthimios Lekkas təbii fəlakət ilə əlaqəli verdiyi açıqlamada Yunanıstanda dünən də eyni bölgədə 6 bal gücündə zəlzələ qeydə alındığını yeraltı təkanlarının davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr