Suriyanın İdlib bölgəsində evlərinə qayıdan mülki vətəndaşlar

Suriyada İdlibdəki gərginliyi azaltma bölgəsində bir il ərzində 282 min 544 dinc vətəndaş evinə dönüb.

1595787
Suriyanın İdlib bölgəsində evlərinə qayıdan mülki vətəndaşlar

Suriyada İdlibdəki gərginliyi azaltma bölgəsində Türkiyə ilə Rusiya arasında 5 mart 2020-ci ildə imzalanaraq bir gün sonra qüvvəyə minən atəşkəsin üzərindən keçən bir il ərzində 282 min 544 dinc vətəndaş evinə dönüb.  

Bu barədə Suriyada miqrasiya məlumatlarına dair fəaliyyət göstərən Suriya Müdaxilə Koordinatorunun direktoru Məhəmməd Hallac açıqlama verib.

Bəşər Əsəd rejimi və tərəfdarlarının atəşkəsdən sonra hərbi əməliyyatlarını dayandırdıqlarını ifadə edən Hallac mülki şəxslərin yaşadıqları bölgələrə geri döndüklərini, "Atəşkəsdən bir il sonra təxminən 56 min 308 ailədən ibarət olan 282 min 544 mülki şəxs İdlib və Hələb kəndlərindəki yaşayış yerlərinə qayıtdı" deyib.

Hallac evlərinə qayıdanların hələ də qeyri-hökumət təşkilatlarının köməyinə böyük ölçüdə ehtiyac duyduqlarını vurğulayaraq, mülki şəxslərin geri döndükləri ərazilərdəki partlamamış bomba qalıqlarına diqqət etmələrinin vacibliyini dilə gətirib.

Atəşkəs davam edəcəyi təqdirdə daha çox mülki şəxsin evlərinə dönməsinin gözlənildiyinə diqqət çəkən Hallac evləri Əsəd rejiminin qurudan irəliləməsilə ələ keçirlən bölgələrdə qalan mülki şəxslərin isə qayıtmasının mümkün olmadığını deyib.



Әlaqәli Xәbәrlәr