Bәşәr Әsәd rejimi mülki yaşayış mәntәqәlәrinә hücum edib
İdlibin cәnub-qәrbindәki Kefrenbil bölgәsindә yerlәşәn Bәşәr Әsәd ordusu ilә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmalarından ibarәt rejim qüvvәlәri İdlibin cәnubundakı Bizebur kәndinә ağır zәrbәlәr endirib.

Bәşәr Әsәd rejimi vә İranın dәstәklәdiyi terror qruplaşmalarının İdlib deeskalasiya bölgәsi sәrhәdlәri daxilindә tәmin olunan atәşkәs rejimini pozaraq mülki-yaşayış mәntәqәlәrinә ağır zәrbәlәr endirib, nәticәdә 2 mülki vәtәndaş hәlak olub, 2 nәfәr dә yaralanıb.
İdlibin cәnub-qәrbindәki Kefrenbil bölgәsindә yerlәşәn Bәşәr Әsәd ordusu ilә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmalarından ibarәt rejim qüvvәlәri İdlibin cәnubundakı Bizebur kәndinә ağır zәrbәlәr endirib.
Hücumlar nәticәsindә iki mülki vәtәndaş hәlak olub, 2-si dә xәsarәt alıb. Xәsarәt alanlar әtrafdakı xәstәxanalara yerlәşdirilib.
Xatırladaq ki, Türkiyә ilә Rusiya arasında martın 5-dә Moskvada atәşkәsә dair müqavilә әldә olunmuşdu.
Rejim qüvvәlәrinin vaxtaşırı olan pozuntularına baxmayaraq atәşkәsә riayәt olunur.
Әlaqәli Xәbәrlәr

Rusiya 15 döyüş gəmisini Qara dənizə göndərdi
Rusiyanın Cənub Hərbi Bazasının mətbuat xidmətindən verilən məlumata görə...