YPG/PPK fransız millət vəkillərinin qaçqın düşərgəsinə girməsinə mane olub

Terror təşkilatı YPG/PPK fransız millət vəkillərinin Suriyanın şimal-şərqindəki Hol düşərgəsinə girməsinə icazə verməyib.

1594054
YPG/PPK fransız millət vəkillərinin qaçqın düşərgəsinə girməsinə mane olub

Terror təşkilatı YPG/PPK fransız millət vəkillərinin Suriyanın şimal-şərqindəki Hol düşərgəsinə girməsinə icazə verməyib.

Sol meyilli millət vəkilləri Frederique Dumas, Hubert Julien-Laferriere, Sylvie Guillaume və Mounir Satourinin birgə açıqlamasında Belçika, Finlandiya, Almaniya, Avstriya və İspaniya nümayəndə heyətlərinin son həftələrdə Hol düşərgəsini ziyarət edə bildiyini, ancaq onların Suriya sərhədini keçdikdən sonra, YPG/PKK-nin nəzarətində saxladığı düşərgəyə girməsinə mane olduğu ifadə edilib.

Açıqlamada "Bölgədə apardığımız görüşlər düşərgəyə girişə əngəl olunmasının Fransa səlahiyyətlilərinin birbaşa təzyiqindən qaynaqlandığını təsdiqləyir" ifadəsi yer alıb.

Düşərgələrdə əksəriyyəti fransız olan avropalıların saxlanıldığı və vəziyyətin pis olduğu vurğulanan açıqlamada düşərgələrdə saxlanılan uşaqlar üçün təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr