Ruhani: “ABŞ-ın ciddi addımlar atmasını gözləyirik”

İran Prezidenti Həsən Ruhani nüvə müqaviləsi ilə əlaqəli ciddi addımların atılması halında bu həftə gözlənən nəticəyə nail oluna biləcəyini bildirib.

1594259
Ruhani: “ABŞ-ın ciddi addımlar atmasını gözləyirik”

Ruhani paytaxt Tehranda baş tutan Nazirlər Kabineti yığıncağından sonra verdiyi açıqlamada ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və nüvə razılaşmasına münasibət bildirib. Ruhani İsrailin ABŞ-ın keçmiş prezidenti Donald Trampı yanıltdığına və səhv istiqamətləndirdiyinə diqqət çəkib və Joe Biden rəhbərliyinin əvvəlki hökumətin etdiklərini kompensasiya etməsinin lazım gəldiyini vurğulayıb. Prezident qeyd edib ki, ABŞ-dakı yeni hökumətin Tramp rəhbərliyinin səhvlərini etiraf etməsi üslubun dəyişdiyinin göstəricisidir. Yeni hökumət bəzi praktik addımlar ataraq əvvəlki rəhbərliyin BMT-yə təqdim etdiyi təklifi geri götürdü. Ancaq əsas Məsələ sanksiyaların ləğv edilməsidir. Lakin ABŞ hələ ki bununla əlaqəli ciddi addım atmayıb. Sanksiyaların ləğvinin və nüvə razılaşmasının tam şəkildə həyata keçirilməsinin həm asan, həm də çox çətin olduğunu deyən Ruhani, başda ABŞ və İran olmaqla 7 ölkənin ciddi iradə sərgiləməsi və bütün öhdəliklərini yerinə yetirməsi, həmçinin ABŞ-ın sanksiyaları ləğv etməsi halında İranın da öz öhdəliklərinə dərhal əməl edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr