Hәsәn Ruhani vә Emmanuel Makron nüvә müqavilәsini müzakirә ediblәr

İran prezidenti Hәsәn Ruhani vә Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

1593845
Hәsәn Ruhani vә Emmanuel Makron nüvә müqavilәsini müzakirә ediblәr

İran prezidenti Hәsәn Ruhani vә Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barәdә İran Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Hәsәn Ruhani söhbәt zamanı  bildirib ki, nüvә müqavilәsi  heç bir şәkildә müzakirә edilә bilmәz. Nüvә müqavilәsinin yenidәn canlanmasının yeganә yolu Amerika Birlәşmiş Ştatlarının sanksiyaları aradan qaldırmasıdır.

Fransanın әhәmiyyәtli aktyorlardan biri olduğunu bildirәn Hәsәn Ruhani Tehran ilә Paris arasındakı münasibәtlәrin davamlı hәdәflәrlә ikitәrәfli, regional vә qlobal mәnada genişlәyә bilәcәyini qeyd edib.

Amerika Birlәşmiş Ştatlarının tәtbiq etdiyi sanksiyalarının yeni növ koronavirus epidemiyası dövründә İranın dava-dәrman vә tibbi cihazların  almasını әngәllәdiyini vә koronavirusla mübarizәyә mәnfi tәsir göstәrdiyini ifadә edәn Hәsәn Ruhani bildirib ki, Avropa İttifaqına üzv dövlәtlәrdәn vә xüsusilә Fransadan bu addımlara qarşı sәssiz qalmamasını gözlәyirik.

Fransa prezidenti Emmanuel Makron isә öz növbәsindә nüvә müqavilәsinә toxunaraq bütün tәrәflәrin öhdәliklәrini yerinә yetirmәsinin әhәmiyyәtini vurğulayıb.



Әlaqәli Xәbәrlәr