ABŞ millət vəkilləri:“Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilsin”

Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasından üç millət vəkili, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmana sanksiya tətbiq edilməsini istəyib.

1593311
ABŞ millət vəkilləri:“Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilsin”

Məclis üzvləri Tom Malinowski, James McGovern və Andy Kim-in hazırladıqları “Səudiyyə Ərəbistanının Ciddi İnsan Hüquqları Pozuntuları Məsuliyyət Qanunu” başlıqlı layihə məclisə təqdim edilib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanın Camal Qaşıqçının öldürülməsindən məsul olduğu səbəbi ilə hazırlanan layihədə bildirilib ki, Milli Kəşfiyyat Müdirliyi tərəfindən açıqlanan hesabata görə Məhəmməd İbn Salmanın Səudiyyə jurnalist Camal Qaşıqçının qətlindən məsuldur və bu səbəbdən o sanksiya siyahısına salınmalıdır.

 Layihədə həmçinin: “ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı silahların istifadəsinin ABŞ qanunlarına uyğun olub-olmadığı barədə Konqresə mütəmadi olaraq məlumat verilməlidir”.

Ağ Evin sözçüsü Jen Psaki də mövzu ilə əlaqəli şərhində Qaşıqçının qətlinə görə Məhəmməd İbn Salmana sanksiya tətbiq edilməməsinin doğru qərar olacağı nəzərindən müdafiə edib. Psaki vurğulayıb ki, ABŞ tarixdə istər Demokrat, istərsə Respublikaçı prezidentlərin rəhbərliyi dövründə olsun diplomatik əlaqələrimiz olan ölkələrin liderlərinə sanksiya tətbiq edilməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd İbn Salman əleyhinə tənqidləri ilə tanınmış olan Washington Post qəzetinin yazıcılarından Camal Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldü.



Әlaqәli Xәbәrlәr