İsrailin Dəməşqə hava zərbəsi endirdiyi irəli sürülüb

Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyini irəli sürüb.

1592485
İsrailin Dəməşqə hava zərbəsi endirdiyi irəli sürülüb

Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyini irəli sürüb. 

Əsəd rejiminin xəbər agentliyi "SANA" hərbi qaynağa əsaslandırdığı xəbərində İsrailin yerli vaxtla saat 22:16-da işğalı altındakı Qolan təpələri istiqamətindən Dəməşq şəhər mərkəzinin ətrafındakı rejimə məxsus bir sıra nöqtələrə hava zərbələri endirdiyini iddia edib.

Xəbərdə ölüm olub olmadığı yaxud əmlaka ziyan dəyib dəymədiyi barədə muəlumat verilməyib: "Hava hücumundan müdafiə sistemlərimiz düşmən raketləri ilə qarşılaşdı və əksəriyyətini düşürdü".

Mövzu ilə bağlı İsrail tərəfdən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, paytaxt Dəməşqdə rejim ordusundan başqa, İran İnqilab Keşikçiləri Komandirliyinin buyruğundakı xarici terror qruplaşmalarına aid hərbi postlar da var.

Əsəd rejimi İsrailin 15 fevralda Dəməşqə, 4 fevralda ölkənin cənubundakı Kuneytra vilayətinə, 13 yanvarda Suriyanın şərqindəki Deyr əz-Zora, 7 yanvarda Dəməşqin cənubuna, 30 dekabr 2020-ci ildə Dəməşqin qərb ərazilərindəki Nebi Habil bölgəsinə hava zərbələri endirdiyini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr