Cavad Zərif BAEA-nın baş direktoru Rafael Qrossi ilə görüş keçirib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranda bir sıra görüşlər keçirən BAEA-nın baş direktoru Rafael Mariano Qrossi ilə bir araya gəlib.

1587880
Cavad Zərif BAEA-nın baş direktoru Rafael Qrossi ilə görüş keçirib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi Tehranda keçirdiyi görüşlər çərçivəsində bir araya gəlib.

İran Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Qrossi və Zərif Tehran ilə BAEA arasındakı əməkdaşlıq və Agentliyin problemlərin həlli istiqamətindəki səyləri barədə fikir mübadiləsi aparıblar.

İranın Agentlikdəki Daimi Nümayəndəsi Kazım Qaribabadi isə "Twitter" hesabında Qrossi ilə İran rəsmiləri arasındakı danışıqların "səmərəli" olduğunu bildirib.

Qaribabadi Tehrandakı danışıqların nəticəsi ilə əlaqədar bəyanat yayacağını bildirib.

Qeyd edək ki, rəsmi Tehranın 23 fevraldan bəri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində tətbiq olunan Əlavə Protokoldan ayrılması və nüvə fəaliyyətlərini artırması qarşısında 20 fevralda Tehrana gedən Qrossi fevralın 21-də İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salihi ilə də görüş keçirib.

Rafael Qrossi Tehrandakı görüşlərini baş vurub Vyana qayıdıb O, Vyana beynəlxalq hava limanında jurnalistlərə müsahibəsində deyib ki, üç aylıq müddət üçün əldə edilmiş texniki razılaşmaya əsasən, inspektorlar öz işlərini davam etdirə biləcəklər, lakin onların müvafiq məkanlara girişi əvvəlki kimi olmayacaq.

R.Qrossiyə görə, qarşıdakı üç ay ərzində monitorinqlər və əməkdaşlıqla bağlı daha müfəssəl razılaşma üzərində iş aparılacaqdır.



Әlaqәli Xәbәrlәr