Eymen әl-Asimi: ‘‘YPG/PKK әrәb vә kürd kәndlәrindәki demoqrafik strukturu dәyişdirmәyә çalışır’’

Suriya hәrbi müxaliflәr heyәtinin mәtbuat katibi Eymen әl-Asimi deyib: ‘‘YPG/PKK әrәb vә kürd kәndlәrindәki mülki vәtәndaşlara evlәrini tәrk etmәsi üçün tәzyiq göstәrәrәk  demoqrafik strukturu dәyişdirmәyә çalışır’’.

1585766

Rusiyanın Soçi şәhәrindә Türkiyә, Rusiya , İran heyәtlәri  ilә Suriya müxalifәti vә Bәşәr Әsәd rejimi arasında baş tutan 15-ci vasitәçi ölkәlәr iclası sona çatıb.
Hәrbi müxaliflәr heyәtinin sәdri Әhmәd Tuma ilә Eymen әl-Asimi iclasdan sonra bәyanatlar verib.

Ә.Tuma bildirib ki, konstitusiyanın hazırlanması üçün müәyyәn bir iş planı vә cәdvәlә ehtiyac var.
Suriyadakı böhranın siyasi yolla hәll edilmәsini istәdiklәrini vurğulayan Tuma beynәlxalq ictimaiyyәtdәn  Suriyadakı müharibәnin sona çatması vә siyasi prosesin hәyata keçirilmәsi üçün Bәşәr Әsәd rejiminә tәzyiq göstәrmәsini istәyib.

Eymen әl-Asimi ölkәdәki PKK zülmünә diqqәt yetirәrәk deyib: ‘‘YPG/PKK әrәb vә kürd kәndlәrindәki mülki vәtәndaşlara evlәrini tәrk etmәsi üçün tәzyiq göstәrәrәk  demoqrafik strukturu dәyişdirmәyә çalışır’’.

Әlaqәli Xәbәrlәr