İran və Rusiya donanmaları ortaq hərbi təlimlərə başladı

İran dövlət televiziyasının xəbərinə görə...

1584548
İran və Rusiya donanmaları ortaq hərbi təlimlərə başladı

 

  İran və Rusiya donanmaları Oman dənizi və Hind okeanının şimalında ortaq hərbi təlimlərə başladı.

  İran dövlət televiziyasının xəbərinə görə, “Dəniz təhlükəsizliyi qurşağı" adı verilən manevr 2 gün davam edəcək.

  Rusiya-İran hərbi təlimləri üzrə sözçü, kontr-admiral Qulam Rza Tehani "Dəniz Ticarəti Təhlükəsizliyi üçün Kollektiv Əməkdaşlıq" şüarıyla başlayan manevrin Hind okeanının şimalı və Oman dənizində 17 min kilometrlik geniş bir sahədə təşkil edildiyini söyləyib: “İran-Rusiya hərbi təliminin məqsədi beynəlxalq dəniz ticarəti təhlükəsizliyinin gücləndirilməsi, quldurlarla mübarizə, dəniz terrorizmi, axtarış-xilasetmə sahələrində məlumat paylaşması və taktiki əməliyyatlarda təcrübə mübadiləsini həyata keçirməsidir. Bu manevrdə İran Ordusu ilə İnqilab Mühafizləri Ordusundan donanma birliklərilə yanaşı Rusiyadan dəstək gəmisi və vertolyot var. Hərbi təlimlər zamanı dənizdə yanğına müdaxilə, hücuma uğrayan gəminin qurtarılması, müəyyən hədəflərə atəş açılması və gecə atəş təlimləri kimi məşqlər olacaq."

  Qeyd edək ki, sözügedən bölgədə 2019-cu ilin dekabr ayında İran, Rusiya və Çin donanmaları bənzər manevr keçirmişdi.

  Hindistan da İran və Rusiya donanmalarının təşkil etdiyi bu hərbi təlimlərə qatılacağını bildirib. 



Әlaqәli Xәbәrlәr