Pakistan İranlı balıqçıları azadlığa buraxıb
İran, Pakistan ərazi sularını pozduğuna görə 4 ay əvvəl həbs olunan 17 balıqçının azadlığa buraxıldığını bildirib.
1578000

İran rəsmi agentliyi İRNA-nın məlumatına görə, Pakistanda həbsdə olan 17 iranlı balıqçı sərbəst buraxıldıqdan sonra ölkəyə qayıdıb.
Təxminən dörd ay əvvəl Pakistanın ərazi sularına təsadüfən girən İranlı balıqçılar Pakistan təhlükəsizlik qüvvələri tərəfindən tutularaq həsb olunmuşdular.