Livanda hökumət əleyhinə aksiyalar davam edir

Livanda iqtisadi böhran və koronavirus (Kovid-19) əleyhinə tədbirlərə etiraz məqsədiylə keçirilən aksiyalar şiddətə çevrildi.

1575041
Livanda hökumət əleyhinə aksiyalar davam edir

Məlumata görə ölkənin müxtəlif bölgələrindən yüzlərlə insan, iqtisadi böhran səbəbiylə artan işsizlik və yoxsulluqla yanaşı Kovid-19 əleyhinə mübarizə çərçivəsində sərt tədbirlərin həyata keçirilməsinə etiraz məqsədiylə Tripoli şəhərində aksiya keçirib. Aksiyaların mərkəzinə çevrilən Nur Meydanı yaxınlığındakı hökumət malikanəsinə yürüş təşkil edən bir qrup aksiyaçı ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Ölkənin rəsmi xəbər agentliyi “NNA”-nın məlumatına görə Tripolidəki hadisələrdə ən az 10 nəfər yaralanıb, 17 nəfər nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr