Mәhәmmәd Cavad Zәrif Binyamin Netanyahuya reaksiya göstәrib

İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif dünәn Bağdadda törәdilәn hücuma vә İsrail Baş naziri Binyamin Netanyahunun Baydenә ünvanladığı  tәbrik mesajındakı İranla bağlı ifadәlәrinә reaksiya göstәrib.

1568903

Mәhәmmәd Cavad Zәrif deyib: ‘‘Netanyahunun acınacaqlı çarәsizliyinә baxmayaraq İrana qarşı çirkin planlar  uğursuzluqla nәticәlәnәcәk’’.

Qeyd edәk ki, İraqın paytaxtı Bağdadda törәdilәn hücum nәticәsindә azı 32 nәfәr hәyatını itirib, 110 nәfәr dә yaralanıb.Yerli polis әmәkdaşları partlayışın Tayaran meydanındakı bazarda törәdildiyini açıqlayıb.

İsrail Baş naziri Binyamin Netanyahu çәrşәmbә günü and içәrәk vәzifәsinin icrasına başlayan ABŞ prezidenti Co Baydenә ünvanladığı tәbrik mesajında deyib: ‘‘ABŞ-İsrail ittifaqını güclәndirmәk, İsrail ilә әrәb ölkәlәri arasındakı sülhü tәmin etmәyә davam etmәk vә başda İranın yaratdığı tәhdid olmaqla ortaq çәtinliklәrlә üzlәşmәk üçün sizinlә işlәmәyi sәbrsizliklә gözlәyirәm’’.

Әlaqәli Xәbәrlәr