H. Mihanna: ‘‘Bağdadda törәdilәn hücumun arxasında terror tәşkilatı DEAŞ var’’

İraq Daxili İşlәr Nazirliyinin sözçüdü Halid Mihanna paytaxt Bağdadda törәdilәn hücumun arxasında terror tәşkilatı DEAŞ-ın olduğunu bildirib.

1568723

Halid Mihanna  yerli televiziya kanallarından birinә Bağdadda törәdilәn hücumla bağlı müsahibә verib.

Bazarda törәdilәn terror hücumunun arxasında terror tәşkilatı DEAŞ-ın olduğunu deyәn Mihanna bildirib ki, hücumun arxasında terror tәşkilatı DEAŞ var. Bu hücumla DEAŞ öz mövcudluğunu davam etdirdiyini göstәrmәk istәdi.

Qeyd edәk ki, İraqın paytaxtı Bağdadda törәdilәn hücum nәticәsindә azı 32 nәfәr hәyatını itirib, 110 nәfәr dә yaralanıb.

Yerli polis әmәkdaşları partlayışın Tayaran meydanındakı bazarda törәdildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr