Yunanistan İon dənizində ərazi sularını 12 milədək artırıb
Yunanistan Parlamenti ölkənin ərazi sularının İon dənizində 6 mildən 12 milədək artmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Yunanistan Parlamenti ölkənin ərazi sularının İon dənizində 6 mildən 12 milədək artmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi açıq səsvermə nəticəsində təsdiqlənib.
Baş nazir Kiryakos Miçotakis səsvermədən əvvəl etdiyi çıxışında ölkəsinin ərazi sularını genişləndirmə hüququna sahib olduğunu müdafiə edib və bu mövzuda beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) Dəniz Qanunu Konvensiyasına uyğun addımlar atdıqlarını irəli sürüb.
Qeyd edək ki, Yunanıstan və İtaliya 9 avqust tarixində İon dənizində Məhdudiyyətli İqtisadi Zona sərhədlərinin müəyyənləşdirilməsinə dair müqavilə imzalayıblar.
Әlaqәli Xәbәrlәr
ABŞ Gürcüstanda seçkilərə müdaxilə planı hazırlayır?
Gürcüstan mətbuatı yazır ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb