Azezdә partlayış törәdilib, ölәnlәr vә yaralananlar var

Suriyanın şimalındakı Azez qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror hücumu nәticәsindә ilkin mәlumatlara görә bir mülki vәtәndaş hәyatını itirib, altı  nәfәr dә yaralanıb.

1565243

Mәlumata әsasәn, hadisә Azez qәsәbәsinin Sicco kәndindә törәdilib.

Hadisә mülki vәtәndaşların sıx olduğu bölgәdә hәyata keçirilib. Partlayış nәticәsindә bir mülki vәtәndaş hәyatını itirib, altı nәfәr dә yaralanıb.

Tәhlükәsizlik orqanları bölgәdә tәhlükәsizlik tәdbirlәri görüb. Xәsarәt alanlar bölgәdәki xәstәxanalara yerlәşdirilib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmasa da, tәhlükәsizlik qüvvәlәri hücumun terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdildiyini bildirir.

Әlaqәli Xәbәrlәr