İraqın ən böyük neft emalı zavodu təkrar istehsala başlayıb

İraqın Səlahəddin şəhərində terror təşkilatı DEAŞ-ın hücumları nəticəsində dağılan ölkənin ən böyük neft emalı zavodu olan Bəyci 7 ildən sonra istehsala başlayıb.

1562402

İraq Neft Nazirliyinin bəyanatına görə, Bəyci neft emalı zavodunun təmiri tamamlanıb.

Bəyanatda ölkənin ən iri neftayırma zavodu kimi tanınan Bəycidə gündə 70 min barel neft istehsalına başlandığı ifadə edilib.

Neftayırma zavodunun terror təşkilatı DEAŞ hücumlarından əvvəl gündəlik 280 min barel neft çıxardığı, hasilatı artırmaq üçün də fəaliyyətlərə başlandığı bildirilib.

Xatırladaq ki, ölkənin böyük bir hissəsinin yanacaq ehtiyacını ödəyən neftayırma zavodu DEAŞ tərəfindən 2014-cü ilin iyun ayında ələ keçirilmişdi.

Terrorçular tərəfindən məhv edilən Bəyci neft emalı zavodu 2015-ci ildə İraq təhlükəsizlik qüvvələri tərəfindən təkrar nəzarətə alınıb.

Әlaqәli Xәbәrlәr