"Facebook" İran dövlət telekanalının hesabını blokladı
Sosial media nəhəngi olan "Facebook" İranın İngilis dilində veriliş aparan dövlət televiziyası "Press TV"-nin hesabını blokladı.
1562689

"Press TV"-nin açıqlamasında: “"Facebook", İranın beynəlxalq İngilis xəbər şəbəkəsi Press TV-nin hesablarını ‘sosial media platformasını istifadə etmək üçün uyğun olmadığını irəli sürərək’ deaktiv edib.
Məlumata görə, "Facebook" qərarın "qəti" olduğunu 4 milyon izləyicisi olan "Press TV"-yə bildirib və təhlükəsizlik səbəbi ilə əlavə məlumat verməyəcəyini qeyd edib.