Ersin Tatar Jan Koll Luteni qәbul edib
Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin Kıbrıs üzrә xüsusi nümayәndәsi Jan Koll Luteni qәbul edib.

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin Kıbrıs üzrә xüsusi nümayәndәsi Jan Koll Luteni qәbul edib.
Ersin Tatar Kıbrısdakı Türk icmasının bundan sonra keçirilәcәk görüşlәrlә bağlı Türkiyә ilә mәslәhәtlәşәrәk suveren bәrabәrlik әsasında yan-yana iki dövlәtin müzakirәlәr apara bilәcәyini aydın şәkildә göstәrdiyini bildirib.
Ersin Tatar deyib: ‘‘Biz bu prosesi Türkiyә ilә birlikdә idarә edirik. Rәsmi Ankara ilә әlaqә saxlayırıq. Görüş keçirdiyimiz üçün çox şadam. Hazırda dünya Kiprdəki həqiqətləri daha yaxşı görməyə başladı. Təbii ki, Türkiyə ilə məsləhətləşirik. Regional sülh vә sabitlik üçün məntiq çәrçivәsindә bu işi davam etdirmәliyik. Türkiyә ilә mәslәhәtlәşmәk öz bәhrәsini vermәyә başladı’’.
Әlaqәli Xәbәrlәr

Si Tsinpin: “Ölkədə yoxsulluq bitdi”
Çin Prezidenti Si Tsinpin ölkədə həddindən artıq yoxsulluğun bitdiyini açıqladı.