Qətər Körfəz Əməkdaşlıq Şurası Sammitinə  münasibət bildirib

Səudiyyə Ərəbistanında keçirilən 41-ci Körfəz Əməkdaşlıq Şurası Sammiti  Qətərin  digər ölkələrlə münasibətlərinə təsir göstərməyəcək, bunu  Qətər Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani  deyib.

1559720
Qətər Körfəz Əməkdaşlıq Şurası Sammitinə  münasibət bildirib

 

Qətərli nazir İngiltərədə nəşr olunan “Financial Times” qəzetinə  müsahibəsində  Körfəz Əməkdaşlıq Şurası Zirvəsinə  münasibət bildirib.

 Əl-Sani, zirvədə Qətərə  regional embarqo tətbiq edən üç dövlətlə "terrorizmə qarşı  mübarizə və beynəlxalq təhlükəsizlik” sahəsində əməkdaşlıq etməyi qəbul   etdik”. İkitərəfli münasibətlərin  Qətərin suveren qərarı və milli mənafeyi ilə formalaşdığına   diqqət çəkən Əl-Sani Səudiyyə Ərəbistanında  baş tutan   toplantının   başqa  ölkələr  ilə olan  münasibətlərdə  təsirinin  olmayacağını  vurğulayıb. 

Qeyd edək ki, Körfəz böhranına son qoyan növbəti Körfəz Əməkdaşlıq Şurası Sammiti  5 yanvarda Səudiyyə Ərəbistanının Al-Ula şəhərində keçirildi. Zirvə   toplantısında  Qətərə embarqo tətbiq edən ölkələrin Doha rəhbərliyi ilə yenidən diplomatik əlaqələr qurduqları və embarqonun  sona  çatdığı   bəyan edildi.

Xatırladaq ki, 5 iyun 2017-ci il  tarixində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir "terror qruplarını dəstəkləməkdə "   ittiham  etdiyi  Qətər  ilə  bütün diplomatik münasibətlərini dayandırdılar. Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, vəziyyət Körfəz bölgəsində böhrana səbəb oldu.

 



Әlaqәli Xәbәrlәr