YPG/PKK Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi bölgəni üç gündür mühasirədə saxlayır

Terror təşkilatı YPG/PKK Suriyanın şimal-şərqindəki Qamışlı rayonunda Bəşər Əsəd rejiminə aid hərbi bölgəni üç gündür mühasirədə saxlayır.

1558660
YPG/PKK Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi bölgəni üç gündür mühasirədə saxlayır

Terror təşkilatı YPG/PKK Suriyanın şimal-şərqindəki Qamışlı rayonunda Bəşər Əsəd rejiminə aid hərbi bölgəni üç gündür mühasirədə saxlayır.

Qamışlı qəsəbəsini işğal edən YPG/PKK-lı terrorçularla Əsəd rejimi qüvvələri arasında bir müddət üçün hökm sürən sakitlik 3 yanvar tarixindən etibarən yenidən pozulub və gərginlik artıb. 

Suriyanın şimalındakı Ayn İsa qəsəbəsinin rejim qüvvələrinə təhvil verilməsi barədə bir müddətdir təzyiq altında olan YPG/PKK 3 gün əvvəl Qamışlı rayon mərkəzində biri rütbəli olmaqla bir neçə rejim ünsürünü nəzarətə götürüb.

Qəsəbədəki rejimin təhlükəsizlik qüvvələri də bunun qarşısında təşkilat üzvlərindən bəzilərini saxlayıb.

Haseke vilayətinin Qamışlı şəhər mərkəzində rejim qüvvələrinin nəzarətində olan və "Təhlükəsizlik Meydanı" kimi tanınan hərbi bölgə, 3 gündür snayperlərin dəstəyi ilə terror təşkilatı YPG/PKK-nın mühasirəsindədir.

28 dekabr 2020-ci ildə YPG/PKK, Ayn İsanı istəyən Əsəd rejiminin generalını saxlamış və Əsəd rejimi də bunun müqabilində bir qrup YPG/PKK terrorçusunu tutmuşdu. Rusiyanın müdaxiləsi və məhbusların sərbəst buraxılması ilə gərginlik azalmışdı.

Rusiya və rejim terror təşkilatı YPG/PKK-nın işğalı altında saxladığı qəsəbəni Əsəd rejimi qüvvələrinə buraxmaqda israrlıdır.



Әlaqәli Xәbәrlәr