İran 20 faizlik zənginləşdirilmiş uran istehsal etdi

İran Fordodakı nüvə təsisində başlanan proseslər nəticəsində 20 faizlik zənginləşdirilmiş uran əldə etdiyini açıqladı.

1557640
İran 20 faizlik zənginləşdirilmiş uran istehsal etdi

Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kəmalvəndi İran dövlət televiziyasına müsahibəsində: “Milli məclisdə qəbul edilən nüvə qanunu çərçivəsində unanı zənginləşdirmə fəaliyyətləri yenidən başladılıb. 12 saatlıq iş nəticəsində 20 faizlik zənginləşdirilmiş uran əldə etdik”.

Xatırladaq ki, İranlı alim Muhsin Fəxrizadənin öldürülməsindən sonra,hökumətin etirazlarına baxmayaraq, nüvə zənginləşdirmə fəailiyyətlərinin yenidən başlamasına dair qanun 1 dekabr 2020-ci ildə milli məclisdə səsə qoyularaq qəbul edildi. Qanuna görə İranın Atom Enerjisi İdarəsi uranı ən azı 20 faizlik zənginləşdirmək və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarını artırmaq məcburiyyətindədir. Hökumət əvvəlcə qanunun qəbul edilməsinə etiraz etsə də Qəyyumlar Şurasında təsdiq olunduqdan sonra qəbul etmək məcburiyyətində qaldı



Әlaqәli Xәbәrlәr