Davit Zalkaliani Türkiyə ilə ölkəsi arasındakı münasibətlərin əhəmiyyətindən danışıb
Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani təşkil edilən mətbuat konfransında Türkiyə ilə Gürcüstan arasındakı ikitərəfli əlaqələrdən danışıb.

"Yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizədə Türkiyənin ölkəmizə əhəmiyyətli köməyi oldu".
Bunu Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani təşkil edilən mətbuat konfransında Türkiyə ilə Gürcüstan arasındakı ikitərəfli əlaqələrdən danışarkən deyib.
Ölkəsinin NATO və Avropa İttifaqı (Aİ) ilə davam edən inteqrasiya prosesinə toxunan Zalkaliani bu məsələlərin Gürcüstan üçün son dərəcə vacib olduğunu bildirib.
Zalkaliani Gürcüstanın qonşu ölkələrlə münasibətlərini inkişaf etdirdiyini ifadə edərək, Türkiyə, Azərbaycan və Ermənistan ilə bu istiqamətdə əhəmiyyətli addımlar atıldığını qeyd edib.
Türkiyə ilə Gürcüstanın iki qonşu, dost və strateji tərəfdaş ölkələr olduğunu vurğulayan Zalkaliani cari il "Covid-19" epidemiyasına baxmayaraq, iki ölkə arasındakı əlaqələrin çox müsbət şəkildə inkişaf etməyə davam etdiyini söyləyib.
Zalkaliani "Cari il də Türkiyə ilə bizim strateji tərəfdaşlığımız çox sıx və məhsuldar keçdi. Qeyd etməliyəm ki, Türkiyə qlobal epidemiya ilə mübarizədə bizə ciddi şəkildə kömək etdi. Qonşumuza xüsusi minnətdarlığımı bildirmək istəyirəm" deyib.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda qaçqın düşərgəsində baş verən yanğında uşaq ölüb
Yunanıstanın paytaxtı Afinanın şimalındakı qaçqın düşərgəsindəki yanğında bir uşaq ölüb.