Afrində Türkiyənin inşa etdiyi xəstəxana istifadəyə verilib

Afrin qəsəbəsinin mərkəzində, Afrin xalqının yaralarını sağaldacaq "Sevgi Qadın Doğum Evi və Uşaq Xəstəxanası" istifadəyə verilib.

1547500
Afrində Türkiyənin inşa etdiyi xəstəxana istifadəyə verilib

Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatı ilə bölücü terror təşkilatı YPG/PKK-dan təmizlənən Afrin qəsəbəsinin mərkəzində, Afrin xalqının yaralarını sağaldacaq "Sevgi Qadın Doğum Evi və Uşaq Xəstəxanası" istifadəyə verilib.

Xəstəxanada 8 həkim, 3 ginekoloq, 3 pediatr və 2 təcili yardım həkimi işləyəcək. Xəstəxanada 2 əməliyyat otağı və 17 çarpayıdan əlavə yeni doğulmuş körpələrdə sarılıq üçün 8 inkubator olacaqdır.

Sevgi Xəstəxanası Türkiyə Səhiyyə Nazirliyi və Qətər İnkişaf Fondunun dəstəyi ilə Qətər Səhiyyə Təşkilatı tərəfindən inşa edilib.

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Suriya Milli Ordusunun başlatdığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhər mərkəzi 18 mart 2018-ci il tarixində bölücü terror təşkilatı YPG/PKK-dan xilas edilib.



Әlaqәli Xәbәrlәr