Vladimir Putin: "Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycandır”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsində olduğunu bildirib.

1547402
Vladimir Putin: "Dağlıq Qarabağ  beynəlxalq hüquq baxımından Azərbaycandır”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsində olduğunu bildirib. 

Vladimir Putin Moskvada bu gün keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının başlanmasının səbəbləri barədə sualın cavabında deyib: “Bu, nə üçün oldu? Vəziyyət nəzarətdən çıxmışdı, gərginlik illər boyu davam edirdi. Bunun kənardan hansısa müdaxilə ilə bağlı olduğunu düşünmürəm. Dəfələrlə gərginlik yaranır, atışmalar, xırda toqquşmalar olurdu. Nəticədə bütün bunlar münaqişə səviyyəsinə çatdı”.

Putin Qarabağ məsələsində Türkiyənin mövqeyinə toxunaraq deyib ki, bu ölkənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır.  “1990-cı illərdə hərbi toqquşmaların gedişində işğal edilmiş ərazilərin qaytarılmasından söhbət gedirdi. Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağın müstəqilliyini Ermənistan özü də tanımayıb və bu mənada Dağlıq Qarabağ özü də beynəlxalq hüquq baxımından Azərbaycandır” deyə V. Putin vurğulayıb.

Rusiya dövlət başçısının sözlərinə görə, üçtərəfli bəyanat çərçivəsində döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edilib və tərəflər üçtərəfli bəyanatın imzalandığı anda olduqları mövqelərdə dayanmalıdırlar. Bununla əlaqədar infrastrukturla bağlı texniki məsələlər yaranır.

V.Putinin sözlərinə görə, Dağlıq Qarabağda rusiyalı sülhməramlılar kontingentinin sayının artırılması yalnız bütün tərəflər arasında razılaşma əsasında mümkündür.



Әlaqәli Xәbәrlәr