İraqda PKK ilə Peşmərgə qüvvələri arasında qarşıdurma baş verib

İraqın Duhok şəhərində bölücü terror təşkilatı PKK ilə Peşmərgə qüvvələri arasında baş verən qarşıdurmada  Peşmərgənin bir nəfəri həyatını itirib.

1544946

"Anadolu" agentliyinə məlumat verən bölgədəki qaynaqlara  görə, Duhokun Amedi qəsəbəsinə bağlı Dereşin kəndi yaxınlığında Peşmərgəyə aid bir nəzarət nöqtəsindən icazəsiz keçmək istəyən PKK terrorçuları ilə qarşıdurma yaşanıb.

Qaynaqlar Peşmərgənin "dayan" xəbərdarlığına əməl ətməyən PKK maşınına atəş etdiyi və bunun nəticəsində 3 terrorçunun ağır yaralandığını qeyd edib.

Digər tərəfdən, İraqın Duhok şəhərində terror təşkilatı PKK ilə Peşmərgə qüvvələri arasında baş verən qarşıdurmada 1 Peşmərgənin həyatını itirdiyi bildirilib.

Әlaqәli Xәbәrlәr