İraqın Daxili İşlər naziri Sincardakı təhlükəsizlik vəziyyətini tədqiq edib

İraqın Daxili İşlər naziri Osman əl-Qəniminin rəhbərlik etdiyi təhlükəsizlik heyəti Mosula bağlı Sincarda olub.

1544565
İraqın Daxili İşlər naziri Sincardakı təhlükəsizlik vəziyyətini tədqiq edib

İraqın Daxili İşlər naziri Osman əl-Qəniminin rəhbərlik etdiyi təhlükəsizlik heyəti Mosula bağlı Sincarda olub.

İraqın Birgə Əməliyyatlar üzrə sözçüsü Tahsin Hafacının rəsmi xəbər agentliyinə verdiyi açıqlamaya görə, nazir Qəniminin başçılıq etdiyi təhlükəsizlik heyəti Sincarda təhlükəsizlik vəziyyətini tədqiq edib.

Heyətdə Birgə Əməliyyat Komandanlığının sərd müavinii Abdulemir Şammari, Federal Polis Qüvvələrinin komandanı Cəfer Battat və Sərhəd Qüvvələri komandanı Hüseyni də iştirak ediblər. Heyət yerli təhlükəsizlik səlayihhətlilərilə görüşüb.

Bağdad və Erbil arasında PKK terror təşkilatının bölgədən çıxarılması üçün oktyabr ayında Sincar müqaviləsi imzalanmışdı.

Razılaşmadan sonra Bağdad rəhbərliyi bölgədə polis qüvvələri yerləşdirərək təhlükəsizlik sənədinə nəzarət etməyə başlamışdı.



Әlaqәli Xәbәrlәr