İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ-a təklifi

Məhəmməd Cavad Zərif ABŞ-da yeni rəhbərlik sanksiyaları ləğv edəcəyi təqdirdə dayandırlan bütün nüvə öhdəliklərinə qeyd-şərtsiz qayıdılacağını bildirib.

1530232
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ-a təklifi

ABŞ-da yeni rəhbərlik sanksiyaları ləğv edəcəyi təqdirdə dayandırlan bütün nüvə öhdəliklərinə qeyd-şərtsiz qayıdılacaq.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "İran" qəzetinə verdiyi müsahibədə deyib.
Zərif qeyri-rəsmi nəticələrə görə prezident seçkilərində qalib gələn demokrat namizədi Co Baydenin prezident seçkiləri dövründə Vaşinqtonun nüvə anlaşmasına dönməsini gözlədiklərini ifadə edib.
ABŞ-ın nüvə razılaşmasına dönməsi ilə bağlı danışıqlara hazır olduqlarını ifadə edən Zərif "ABŞ rəhbərliyi (Prezident Donald) Tramp ölkəsinin iştirakını dayandırdığı nüvə razılaşmasının yenidənn üzvü olmaq istəsə, bu ölkənin razılığa necə dönəcəyi ilə bağlı danışıqlara hazırıq" deyib.
Nüvə anlaşmasını dəstəkləyən və İrana qarşı sanksiyalara son qoyulmasını da nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 2231 saylı  qətnaməsinə işarə edən Zərif "ABŞ 2231 saylı qətnamə üzrə öhdəliklərini yerinə yetirərsə, nüvə anlaşmasında biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Bunun üçün danışıqlara və ya hər hansı şərtə ehtiyac yoxdur" deyə bildirib. 
Zərif "Bayden ABŞ prezidenti kimi Ağ Evdə olsa üç fərmanı ilə bütün sanksiyaları ləğv edə bilər" deyib.
ABŞ ilə danışıqlara başlamaq üçün sanksiyaların vurduğu ziyana görə "təzminat" tələb edən digər İran rəsmilərindən, xüsusən İran Prezidenti Həsən Ruhanidən fərqli olaraq, Zərif ABŞ-dan heç bir təzminat istəməyib.
İran Prezidenti Ruhani keçən ay etdiyi bir çıxışında ölkəsinə sanksiyalar səbəbiylə 150 milyard dollar ziyan dəydiyini elan etmişdi. 
Tramp administrasiyası 2018-ci ildə İranla qlobal güclər arasında imzalanan nüvə anlaşmasından çıxmış və Tehrana qarşı birtərəfli sanksiyalar tətbiq etməyə başlamışdı. 
Qeyri-rəsmi nəticələrə görə ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Biden, 2015-ci ildə vitse-prezident olarkən İranla imzalanan nüvə anlaşmasına dönəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr