Nikol Paşinyan istefa verməyəcəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.
Payinşan video konfrans formatında keçirdiyi mətbuat konfransında deyib ki, mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur.
Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyətinə görə cavabdeh olduğunu bildirən Paşinyan "Vəziyyətin ən böyük məsuliyyətlisi olduğumu başa düşürəm. Buna görə məhkəməyə çıxmaq lazım gəlsə çıxa bilərəm" deyib.
Paşinyan ölkədəki istefa çağırışları və bu istiqamətdə bir addım atıb-atmayacağı barədəki suallara cavabən deyib:
"Ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur".
Paşinyan "Müharibənin müxtəlif dövrlərində Ermənistana fərqli müqavilələr təklif edildimi?" sualına belə cavab verib:
"Xeyr, fərqli sənədlər təqdim edilmədi. Müharibədən əvvəl torpaqların, o cümlədən Şuşanın Azərbaycana verilməsinin əsasları davam etdi. Bu, 2016-cı ildən bəri belədir. Erməni tərəfi bu təklifləri təxirə salmalı idi. Bu əraziləri tərk etməyə razı olsaq müharibənin qarşısını ala bilərdik, amma bizim seçimimiz döyüşmək oldu".
Әlaqәli Xәbәrlәr

Bağdad hava limanı raket atәşinә tutulub
Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.