Kreml helikopterin vurulması ilə bağlı Azərbaycanın üzrxahlığını niyə qəbul etdiklərini açıqlayıb

Rusiyaya məxsus “Mi-24” helikopterin Azərbaycan ordusu tərəfindən səhvən düşürülməsilə əlaqəli olaraq Kreml açıqlama verib.

1527226

Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycanlıların ani reaksiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsinin  ölkəsinə bu üzrxahlığı qəbul etməyə imkan verdiyini bildirib. 

Qeyd edək ki, noyabrın 9-da Ermənistanın Azərbaycan sərhədi yaxınlığındakı ərazisində Rusiyaya məxsus “Mi-24” helikopteri vurulub, nəticədə iki pilot həlak olub, biri yaralanıb.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirib.

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə də başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını diləyib.

Azərbaycan müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu da bəyan edib.

Әlaqәli Xәbәrlәr