Sergey Lavrov: "Dağlıq Qarabağda Türkiyə ilə ortaq vəzifələrimiz var"

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada mətbuat konfransı keçirib.

1526757
Sergey Lavrov: "Dağlıq Qarabağda Türkiyə ilə ortaq vəzifələrimiz var"

"Türkiyə ilə ortaq vəzifələrimiz var - texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək". 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya Dövlət Başçısı Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atəşkəsin təmin edilməsi, Dağlıq Qarabağda yerləşdirilən Rusiya əsgərlərinin yerləşdirilməsi və razılaşmanın nəticələrilə əlaqədar təşəbbüslərlə bağlı bir çox dəfə görüş keçirdiyini xatırladan Lavrov Ərdoğanın Rusiyanın bu istiqamətdəki hərəkətlərini dəstəklədiyinə diqqət çəkib.
Lavrov "Türk tərəfdaşlarımızla münaqişə zonasına yaxın olmayan Azərbaycan torpaqlarında  monitorinq mərkəzi qurmaq qurbaq barədə razılıq əldə etdik" ifadələrindən istifadə edib. 
Bu mərkəzin uzaqdan Dağlıq Qarabağda texnik vasitələrlə havada və sahədəki duruma nəzarət edəcəyini və lazım olduqda ehtimal olunan pozuntuları aradan qaldırmaq üçün Rusiya və Türkiyənin təsirinin aktivləşdiriləcəyini vurğulayan Lavrov deyib:
"Fəaliyyətlər ortaq mərkəz üçün ayrılmış ərazidə aparılacaq. Bu, sülhməramlıların bölgədə hər hansı bir hərəkətilə əlaqəli deyildir. Bunu yaxşı başa düşmək lazımdır. Fərqli istəklərin dilə gətirildiyini eşidirəm. Ancaq, bunları bir tərəfə qoymaq lazımdır. Bu iş də ancaq, dünən iki ölkənin Müdafiə nazirləri tərəfindən imzalanan monitorinq mərkəzilə əlaqəli razılaşma çərçivəsində mümkün ola bilər".
Dağlıq Qarabağ məsələsi ilə əlaqəli olaraq Türkiyə ilə görüləcək işlər olduğuna diqqət çəkən Lavrov "“Rusiya və Türkiyənin Dağlıq Qarabağda monitorinqlə bağlı ortaq vəzifələri var-  texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək. Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələrinin kontingenti tərəfindən həyata keçirilir. Burada hansısa ikimənalılıq yoxdur. Türk tərəfdaşlarımız bunu yaxşı bilirlər”deyib.
Lavrov Türkiyə ilə Suriya daxil olmaqla digər sahələrdə də iş birliyinə davam edəcəklərini söyləyib.



Әlaqәli Xәbәrlәr