Dmitri Peskov: "Putin Ərdoğanın mövqeyini yüksək qiymətləndirir"

Peskov Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağa mövzusundakı nəzər ziddiyyətlərinin Türk tərəfilə dialoq vasitəsilə həll ediləcəyini dilə gətirib.

1526651
Dmitri Peskov: "Putin Ərdoğanın mövqeyini yüksək qiymətləndirir"

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Yaranan nüanslar və fikir ayrılıqları türkiyəli tərəfdaşlarla dialoqun gedişində nizamlanır.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ mövzusundakı nəzər ziddiyyətlərinin Türk tərəfilə dialoq vasitəsilə həll ediləcəyini dilə gətirib.

Rusiya ilə Türkiyə arasındakı dialoqun müxtəlif regional mövzuların həllində səmərəli olduğunu bildirən Peskov deyib:

“Biz bu qarşılıqlı fəaliyyətə, biz qarşılıqlı etimadın və əməkdaşlığın səviyyəsinə qiymət veririk".

Kremlin təmsilçisi onu da deyib: “Bilirsiniz ki, bizim Prezident də türkiyəli həmkarı, Prezident Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Onlar olduqca sıx və substantiv dialoqu davam etdirirlər. Lakin, əlbəttə ki, yanaşmalarda müəyyən nüanslar da olur. Biz fikir ayrılıqlarını da nəzərdə tuturuq və onları türkiyəli tərəfdaşlarımızla dialoq zamanı nizamlayırıq”. 



Әlaqәli Xәbәrlәr