İraq Baş naziri Türkiyәnin İraqdakı sәfirini qәbul edib

İraq Baş naziri Mustafa әl-Kazımi Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın onu Türkiyәyә dәvәt etdiyini bildirib.

1509203
İraq Baş naziri Türkiyәnin İraqdakı sәfirini qәbul edib

 

İraq Baş naziri Mustafa әl-Kazımi Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın onu Türkiyәyә dәvәt etdiyini bildirib.

Bu barәdә İraq Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Mustafa әl-Kazımi Türkiyәnin İraqdakı sәfiri Fatih Yıldızı qәbul edib. Görüşdә  ikitәrәfli münasibәtlәrin inkişaf etdirilmәsi mәsәlәsi müzakirә olunub.

Sәfir Yıldız da görüşlә bağlı rәsmi internet sәhifәsindә verdiyi bәyanatda deyib: ‘‘Bu gün İraq Baş naziri ilә keçirdiyimiz görüşdә İraq ilә münasibәtlәrimizi hәr sahәdә inkişaf etdirmәk mәsәlәsini müzakirә etdik’’.

 





 



Әlaqәli Xәbәrlәr