İran XİN tərəfləri bir daha atəşkəsə əməl etməyə çağırıb

İran Ermənistanın atəşkəsi pozaraq Azərbaycan şəhərlərinin həyati infrastrukturuna, yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib.

1507382
İran XİN tərəfləri bir daha atəşkəsə əməl etməyə çağırıb

İran Ermənistanın atəşkəsi pozaraq Azərbaycan şəhərlərinin həyati infrastrukturuna, yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xəribzadə Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasına münasibət bildirərək deyib ki, İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında baş verən son qarşıdurmalardan sonra elan edilmiş atəşkəsin pozulmasına görə təəssüflənir. İran İslam Respublikası tərəfləri daha təmkinli olmağa çağıraraq, şəhərlərin həyati infrastrukturuna və yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyir və həlak olanların ailələrinə başsağlığı verir”.

Səid Xətibzadə bildirib ki, İran İslam Respublikası tərəfləri bir daha atəşkəsə əməl etməyə və beynəlxalq hüquq normaları çərçivəsində danışıqları davam etdirməyə, bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə və işğal altındakı şəhərlərin boşaldılmasına çağırır və bu istiqamətdə bölgədə sülh və davamlı həll yoluna nail olmaq üçün danışıqları asanlaşdırmağa hazır olduğunu bəyan edir.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb.



Әlaqәli Xәbәrlәr