Hәsәn Ruhani Nazirlәr Kabinetinin iclasından sonra bәyanatlar verib

İran prezidenti Hәsәn Ruhani Ermәnistanın Dağlıq Qarabağdakı işğalından mәnbәlәnәn qarşıdurmaların regional müharibәyә çevrilmәmәsinin vacibliyini vurğulayıb.

1504477
Hәsәn Ruhani Nazirlәr Kabinetinin iclasından sonra bәyanatlar verib

 

İran prezidenti Hәsәn Ruhani Ermәnistanın Dağlıq Qarabağdakı işğalından mәnbәlәnәn qarşıdurmaların regional müharibәyә çevrilmәmәsinin vacibliyini vurğulayıb.

Nazirlәr Kabinetinin iclasından sonra çıxış edәn  Hәsәn Ruhani Dağlıq Qarabağda yaşanan qarşıdurmalarla bağlı bәyanat verib.

‘‘Bölgәmiz çox hәssasdır vә әhәmiyyәtlidir. Şәhәrlәrimiz, kәndlәrimiz vә torpaqlarımızın tәhlükәsizliyi çox әhәmiyyәtlidir. Qarabağda iki ölkә arasında başlayan qarşıdurma sәrhәdimizә çox yaxın bölgәdә davam edir. Sәrhәdlәrimizә düşәn ‘‘katyuşa’’ raketlәri, toplar vә digәr sursatlar әsla qәbuledilmәzdir’’,-deyә Hәsәn Ruhani qeyd edib.

Xalqların hüquqlarına vә dövlәtlәrin әrazi bütövlüyünә hörmәt göstәrilmәsinin vacibliyini vurğulayan Hәsәn Ruhani bildirib ki, qarşıdurmalar regional müharibәyә çevrilmәmәlidir. Müharibә bir hәll yolu deyil. Siyasi mәnada addımlar atılmalıdır. Bütün dövlәtlәr qonşularının hüquqlarını tanımalıdır vә işğal bizim üçün qәbuledilmәzdir.

Ermәnistan ilә Azәrbaycana qarşıdurmaları dayandırması ilә әlaqәdar çağırış edәn Ruhani deyib: ‘‘Azәrbaycan xalqının hüquqlarına hörmәt göstәrilmәlidir.Bir daha  Azәrbaycanın әrazi bütövlüyünü әhәmiyyәtini vurğulamaq istәyirәm. Heç bir problem müharibә vә qanla hәll olunmaz. Başqa hәll yolları tapmalıyıq’’.

 



Әlaqәli Xәbәrlәr