Əli Əkbər Vəlayəti : “Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır”

İranın ali lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti Ermənistanın işğal etdiyi əraziləri tərk etməsinin vacibliyini bildirib.

1503747
Əli Əkbər Vəlayəti : “Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır”

“Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır”.

Bunu İranın ali lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti İran Radio və Televiziya Qurumuna bağlı Gənc Jurnalistlər Cəmiyyəti xəbər agentliyinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarından bir hissəsini işğal edib: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir. Bir milyondan artıq azərbaycanlı işğal nəticəsində evlərindən didərgin düşüb. Onlar tez bir zamanda öz torpaqlarına qayıtmalıdırlar”.

Əli Əkbər Vəlayəti Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirib. O qeyd edib ki, münaqişə siyasi yollarla həll olunmalıdır. BMT-nin bununla bağlı əsaslarına əməl edilməlidir. 

Əli Əkbər Vəlayəti son günlər Azərbaycanın dinc əhalisinin yaşadığı bölgələrə Ermənistan tərəfindən hücumların olduğunu da dilə gətirib.

“Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

Bunu mətbuata açıqlamasında İran dövlətinin sözçüsü Əli Rəbii deyib. 

“İran İslam Respublikasının təkidlə vurğuladığı mövqe Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, BMT qətnamələrinə hörmət olunması və Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasıdır. Eyni zamanda, üçüncü tərəfin münaqişəyə müdaxiləsi problemi həll etməyəcək. Düşünürük ki, münaqişənin hərbi yolla həlli yoxdur”, - deyə İran dövlətinin sözçüsü bildirib.

O qeyd edib ki, İran tərəfi dəfələrlə atəşkəsin əldə olunmasına yardım etməyə hazır olduğunu açıqlayıb: “İran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir layihə hazırlayıb. Hazırda həm Azərbaycan, həm də Ermənistanla bu layihə haqqında məsləhətləşmələr aparılır”.



Әlaqәli Xәbәrlәr