İran: ‘‘Azәrbaycanın әrazi bütövlüyünә hörmәt göstәrilmәlidir’’

İran Xarici İşlər Nazirliyinin mәtbuat katibi  Səid Hatibzadə Azәrbaycanın әrazi bütövlüyünә hörmәt göstәrilmәsinin vacibliyini vurğulayıb.

1503013

Hatipzadә tәşkil etdiyi mәtbuat konfransında Azәbaycan ilә Ermәnistan arasındakı qarşıdurmaları qiymәtlәndirib.

İran üzәrindәn Ermәnistana silah göndәrilib-göndәrilmәdiyi ilә bağlı sualı cavablandıran Hatibzadә bunu daha әvvәl dә rәdd etdiklәrini ifadә edib. Hatibzadә İran ilә Ermәnistan arasındakı marşrutun yalnız humanitar materiallar üçün istifadә edildiyini vә bu marşrut üzәrindәn hәrbi avtomobillәrin keçmәsinә icazә verilmәdiyini deyib.O, bu mәsәlәnin İranın prinsipial siyasәti ilә bağlı olduğunu deyib.

Ermәnistana  Dağlıq Qarabağdakı işğalını sona çatdırması ilә bağlı çağırış edәn Hatibzadә bildirib ki, İran problemin müvәqqәti deyil, həmişəlik hәll edilmәsini arzulayır.Azәrbaycanın әrazi bütövlüyünә hörmәt göstәrilmәlidir vә Ermәnistan qüvvәlәri işğal etdiklәri şәhәrlәrdәn çıxmalıdırlar.

Hatibzadә hәmçinin  İranın Dağlıq Qarabağdakı vәziyyәti diqqәtlә izlәdiyini ifadә edib.

Әlaqәli Xәbәrlәr