Rusiya Azərbaycan və Ermənistana Moskvada görüş keçirməyi təklif edib

Rusiya Azərbaycan və Ermənistana paytaxt Moskvada görüş keçirməyi təklif edib.

1500836
Rusiya Azərbaycan və Ermənistana Moskvada görüş keçirməyi təklif edib

Rusiya Azərbaycan və Ermənistana paytaxt Moskvada görüş keçirməyi təklif edib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan ilə telefonla danışıb.
Dağlıq Qarabağdakı vəziyyətin müzakirə olunduğu telefon danışığında Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında davam edən münaqişələrdən narahat olduqlarını dilə gətirib.
Telefon söhbətində tərəflər atəşkəsin təmini və gərginliyin azaldılması ilə yanaşı "təxribatçı" və "müharibə" ritorikasından imtina etməyə çağırlıb, tərəflərin danışıqlar prosesini yenidən başlatmalarının vacibliyi vurğulanıb.
Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vasitəçilik səylərini davam etdirəcəyinə diqqət çəkilən görüşdə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü də daxil olmaqla lazımi təmasların qurulması üçün yer kimi Moskva təklif edilib.



Әlaqәli Xәbәrlәr