D. Peskov: "Moskva Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın gələcək addımları müəyyən etmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izlədiyini bildirib.

1499544
D. Peskov: "Moskva Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”

“Moskva gələcək addımları müəyyən etmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov deyib ki, biz təmas xəttində baş verənlər haqqında bütün informasiyaları toplayırıq. Ən diqqətli şəkildə xəbərləri izləyirik, vəziyyəti təhlil edirik və bu məlumatlardan ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla gələcək addımları müəyyən etmək, gələcək mövqeyimizi formalaşdırmaq üçün istifadə edirik.

Peskov bütün ölkələri müxalif tərəfləri atəşkəsə və uzun müddətdir davam edən qarşıdurmanın siyasi və diplomatik yollarla həllinə qayıtmağa qane etmək üçün istənilən addımı atmağa çağırdıqlarını bildirib. 

Peskov sentyabrın 28-də Soçidə Rusiya prezidenti Putin ilə Qırğızıstan prezidenti Ceenbekovla görüşündə KGAÖ çərçivəsində Ermənistana dəstək mövzusunun gündəmə gəlmədiyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr