Rәsulaynda terror aktı törәdilib, ölәnlәr var

Suriyanın şimalındakı Rәsulayn qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror hücumu nәticәsindә 6 mülki vәtәndaş hәlak olub, 3 nәfәr dә yaralanıb.

1497846
Rәsulaynda terror aktı törәdilib, ölәnlәr var

 

Suriyanın şimalındakı Rәsulayn qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror hücumu nәticәsindә 6 mülki vәtәndaş hәlak olub, 3 nәfәr dә yaralanıb.

Torror aktı nәticәsindә hәlak olanlardan birinin uşaq olduğu bildirilir.

Xatırladaq ki, Rәsulaynda iki gün әvvәl törәdilәn hücum nәticәsindә 2 nәfәr hәlak olmuşdu, 11 nәfәr dә yaralanmışdı.

Yerli tәhlükәsizlik qüvvәlәri terror aktının separatçı terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyini istisna etmәyib.

Qeyd edәk ki, Rәsulayn qәsәbәsinin mәrkәzi Türkiyә Silahlı Qüvvәlәrinin 2019-cu ilin 12 oktyabr tarixindә hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnmişdi.



Әlaqәli Xәbәrlәr