Təmas xəttində gərginlik davam edir

Ermənistanın Azərbaycana hücumlarını və təxribatlarını davam etdirdiyi təmas xəttində gərginlik davam edir.

1496514
Təmas xəttində gərginlik davam edir

Ermənistanın Azərbaycana hücumlarını və təxribatlarını davam etdirdiyi təmas xəttində gərginlik davam edir.
Həftənin əvvəlində toqquşmaların yenidən alovlandığı sərhəddəki Tovuz bölgəsində və Ermənistanın işğal etdiyi bölgələrdə cəbhə xəttində şiddətli qarşıdurmalar olmasa da, erməni qüvvələri təxribat məqsədli atışlarını davam etdirirlər.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə son 24 saat ərzində atəşkəs rejimini 69 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də  Azərbaycan ordusunun mövqelərinə atəş açılıb.



Әlaqәli Xәbәrlәr