İran İsrail ilә bağlı bәyanat verib

İran Milli Tәhlükәsizlik Şurasının Baş katibi Әli Şemhani İsrailin sülh layihәsi ilә bölgәyә hakim olmağa çalışdığını deyib.

1490577
İran İsrail ilә bağlı bәyanat verib

 

İran Milli Tәhlükәsizlik Şurasının Baş katibi Әli Şemhani İsrailin sülh layihәsi ilә bölgәyә hakim olmağa çalışdığını deyib.

Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, Şemhani paytaxt Tehranda olan İraqın keçmiş baş nazir Nuri әl-Maliki ilә bölgәdәki son proseslәri müzakirә edib.

Şemhani Birlәşmiş Әrәb Әmirliklәri vә Bәhreynin İsrail ilә münasibәtlәrini normallaşdırmasına reaksiya göstәrәrәk deyib: "Amerika Birləşmiş Ştatları sionist rejimin (İsrail) təhlükəsizliyini təmin edərək  bölgədәki ölkәlәri zәiflәdir. İsrail sülh layihəsi ilə bölgәyә hakim olmağa çalışsa da, buna nail ola bilmәyәcәk’’.

Maliki isә öz növbәsindә İranın terrorla mübarizәdә әhәmiyyәtli rol oynadığını ifadә edib.



Әlaqәli Xәbәrlәr