Afrinda partlayış törәdilib, ölәnlәr var

Suriyanın şimalında müxaliflәrin nәzarәtindәki Afrin qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror aktı nәticәsindә 9 nәfәr hәlak olub.

1490633
Afrinda partlayış törәdilib, ölәnlәr var

 

 

Suriyanın şimalında müxaliflәrin nәzarәtindәki Afrin qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror aktı nәticәsindә 9 nәfәr hәlak olub.

Türkiyә Silahlı Qüvvәlәrinin ‘‘Zeytun budağı’’ әmәliyyatı ilә terrorçulardan tәmizlәdiyi Afrin qәsәbәsindә partlayış törәdilib.

İlkin mәlumatlara әsasәn, hücum nәticәsindә 9 nәfәr hәlak olub, 34 nәfәr dә yaralanıb.

Tәhlükәsizlik mәnbәlәri terrorçulardan tәmizlәnmiş bölgәlәrdә törәdilәn hücumların terror tәşkilatı YPG/PKK tәrәfindәn hәyata keçirildiyini, ancaq tәşkilatın mülki vәtәndaşlara zәrәr verdiyi üçün hücumlara görә mәsuliyyәti öz üzәrinә götürmәdiyini bildirir.

YPG/PKK terrorçuları Tel Rıfat qәsәbәsindәn vaxtaşırı Bab, Azez, Cerablus vә Afrinә hücum edir.



Әlaqәli Xәbәrlәr