Sergey Lavrovun Türkiyə ilə əməkdaşlığa dair bəyanatı

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin Türkiyə və İran ilə Suriya məsələsindəki əməkdaşlığının hər hansı ticarət əlaqəsinə əsaslanmadığını söyləyib.

1486651
Sergey Lavrovun Türkiyə ilə əməkdaşlığa dair bəyanatı

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin Türkiyə və İran ilə Suriya məsələsindəki əməkdaşlığının hər hansı ticarət əlaqəsinə əsaslanmadığını söyləyib.
Rusiya Baş nazirinin müavini Yuriy Borisov ilə Suriyada görüşlər keçirən Lavrov Bəşər Əsəd və Əsəd rejiminin Xarici İşlər naziri Vəlid Muallimlə görüşüb.
Lavrov Rusiyanın Türkiyə və İran mövzusundakı əməkdaşlığa toxunaraq, "Bu əməkdaşlıq Suriya rəhbərliyinin dəstəyi ilə ölkələrin baş nazirləri tərəfindən qəbul edilən razılaşmalara əsaslanır. Bu razılaşmalar heç bir ticarət əlaqəsinə əsaslanmır" deyib.
Türkiyə ilə İdlib Gərginliyin Azaldılması Bölgəsi mövzusundakı razılaşmaların da qəbul edildiyinə diqqə çəkən Lavrov "Bu razılaşma vəzifə bölgüsü, terrorçularla müxalifətə ayrı nəzər salınması, M4 şossesi ətrafında təhlükəsizlik dəhlizi yaradılmasını nəzərdə tutur. Bütün bunlar yavaş, amma ən azından stabil şəkildə tətbiq olunur. Bunu sona çatdıracağımızı düşünməyimiz üçün bir səbəb var" deyə bildirib. 
Lavrov "İdlib Gərginliyin Azaldılması Bölgəsinə Suriya rəhbərliyinin nəzarət etdiyi ərazilər Rusiya ilə Türkiyə arasındakı razılaşmaların imzalanmasından bəridir əhəmiyyətli səviyyədə artıb" ifadəsini işlədib. 



Әlaqәli Xәbәrlәr