BMT-nin Yunanıstana qaçqınlarla bağlı çağırışı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavinləri Gillian Triggs və Raouf Mazou Yunanistana dörd günlük səfəri ilə əlaqədar yazılı açıqlama veriblər.

1485139
BMT-nin Yunanıstana qaçqınlarla bağlı çağırışı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yunanıstan əraziləri və Egey adalarındakı qaçqın və sığınacaq axtaranların yaşayış şərtləri ilə bağlı kritik boşluqların və problemlərin olduğunu və Yunanıstanın bu mövzuda "çox təcili" addımlar atmasının vacibliyini bildirib.
 BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavinləri Gillian Triggs və Raouf Mazou Yunanistana dörd günlük səfəri ilə əlaqədar yazılı açıqlama veriblər.
Açıqlamada 2015-ci ildən bəridir bir milyondan çox qaçqın və qeyri-qanuni miqrantın Avropaya daxil olduğu, bununla yanaşı son 5 ildə keçidlərdə ciddi azalma olduğu ifadə edilib.
Yunanıstan ərazilərində və Egey adalarında qaçqın və sığınacaq axtaranların kritik boşluqlar və problemlərlə üzləşdikləri vurğulanan açıqlamada Yunanistana bu insanların yaşayış şərtlərini çox təcili olaraq yaxşılaşdırmaq və adalardakı qəbul mərkəzlərindəki sıxlığı azaltmaq üçün çağırış edilib.
Qaçqınların və sığınacaq axtaranların yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizəyə tam şəkildə daxil edilməsinin vacibliyi də vurğulanıb.
Açıqlamada ölkəyə girən və qorunmağa ehtiyacı olan insanların deportasiya edilməməsinə və qaçqınların ölkəyə inteqrasiyasına kömək edəcək uzunmüddətli həll yolları üçün də çağırış edilib.



Әlaqәli Xәbәrlәr