Bәşәr Әsәd rejimi İdlibә sızmağa cәhd göstәrib

Suriyadakı hәbi müxaliflәr vә Bәşәr Әsәd rejiminә qarşı olan silahlı qruplaşmalar İdlib deeskalasiya zonası sәrhәdlәri daxilindәki Cebeli Zaviyә bölgәsinә sızmağa cәhd göstәrәn rejim qüvvәlәrinin qarşısını alaraq çox sayda  silahlını zәrәrsizlәşdirib.

1471496

Müxaliflәrin mәlumatına әsasәn, Bәşәr Әsәd rejimi vә İran tәrәfindәn dәstәklәnәn xarici terror qruplaşmaları Türkiyә vә Rusiya arasında әldә olunan atәşkәsә dair müqavilәyә  baxmayaraq axşam radәlәrindә İdlibin cәnubundakı Ceceli Zaviyә  bölgәsinә sızmağa cәhd göstәrib.

Müxaliflәr vә Bәşәr Әsәd rejiminә qarşı olan silahlı qruplaşmaların lazımi cavab vermәsi nәticәsindә baş verәn qarşıdurmada rejim qüvvәlәri çox sayda itki verib vә geri çәkilib.

Digәr tәrәfdәn Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr  gün әrzindә Keferavid, Fattira, Mecdleyye, Neyreb bölgәlәrinә dә ağır zәrbәlәr endirib.

Rejim qüvvәlәri keçәn hәftә dә Türkmәn dağına  sızmağa cәhd göstәrmişdi vә çox sayda itki verәrәk geri çәkilmişdi.

Bәşәr Әsәd rejimi vә İran tәrәfindәn dәstәklәnәn xarici terror qruplaşmaları İdlib deeskalasiya  zonasının әtrafındakı cәbhә xәtlәrinә son üç ayda 2 mindәn çox әlavә qüvvә göndәrib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin  martın 5-dә Rusiyanın paytaxtı Moskvada müqavilә imzalayıb. Atәşkәs martın 6-da qüvvәyә minib. Rejim vә rejimi dәstәklәyәnlәrin vaxtaşırı etdiyi pozuntulara baxmayaraq atәşkәs rejiminә riayәt olunur.

Әlaqәli Xәbәrlәr