İraq parlamentinə erkən seçkilərin keçiriləcəyi vaxt müəyyənləşib

İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.

1465401
İraq parlamentinə erkən seçkilərin keçiriləcəyi vaxt müəyyənləşib

İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.

Bununla bağlı məlumat verən Baş nazir Mustafa Əl-Kazimi seçkilərin uğurlu və şəffaf keçirilməsi üçün lazımi addımların atımacağını bildirib.

Xatırladaq ki, erkən seçkilərin keçirilməsi 2019-cu ilin oktyabr ayından bəri ölkədə etiraz edənlərin əsas tələblərindən biri idi və hakimiyyət bunu yerinə yetirəcəyinə söz vermişdi.

Qeyd edək ki, İraqda son parlament seçkiləri 2018-ci ilin may ayında baş tutub. Növbəti seçkilər isə 2022-ci ilin mayında keçirilməli idi.

Digər tərəfdən, Baş nazir Kazımi erkən seçki tarixini elan etdikdən sonra BMT buna dəstək verəcəyini bildirib.
BMT-nin Baş katibi Antonio Quterreşin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraq Yardım Missiyasının (UNAMI) sədri Ceni Hennis Plasşert (Jeanine Hennis-Plasschaert) Kazımının erkən seçki tarixi elanından sonra bu yazılı açıqlamadan məmnun olduqlarını qeyd edib.
O, BMT olaraq İraqdakı azad və şəffaf seçkilər üçün lazımi dəstəyi təqdim etməyə hazırıq" deyib.



Әlaqәli Xәbәrlәr