İdliblilər Türk əsgərinə təşəkkür etdilər
İdlibdə yaşayan suriyalılar böyük və kiçik hər kəsə şəfqət göstərən Türk əsgərlərinə təşəkkür edib.
1464279

İdlibdə yaşayan suriyalılar böyük və kiçik hər kəsə şəfqət göstərən Türk əsgərlərinə təşəkkür edib.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesablarından paylaşım edilən videoda İdlibdə yaşayan suriyalıların görüntüsü yer alıb.
Videoda yardımlarına görə Türk əsgərlərinə təşəkkür edən suriyalıların bu ifadələri yer alıb:
"Türk əsgərləri böyük və kiçik hər kəsə hörmətlə yanaşırlar. Bizə çox yaxşı davranırlar. Allahın lütfü və onlarla olan vəziyyət keçmişdəkindən daha yaxşıdır. Ailələrini qoyub bizim üçün bura gəliblər, artıq 3 ildir burdadırlar Vəziyyətin daha yaxşı olacağına ümid edirik".