Azərbaycan Ermənistana məxsus növbəti taktiki PUA-nı məhv edib

Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

1464277
Azərbaycan Ermənistana məxsus növbəti taktiki PUA-nı məhv edib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Nazirlik məhv edilən PUA-nın şəkillərini də paylaşıb. 



Әlaqәli Xәbәrlәr